QASIM TINISTANOV, ƏHMƏD CAVAD VƏ MİKAYIL MÜŞFİQ LİRİKASININ ORTAQ XÜSUSİYYƏTLƏRİ / THE SIMILAR FEATURES OF KASYM TYNYSTANOV’S, AHMAD CAVAD’S AND MİKAYİL MUSHFİG’S POETRY

Ali İhsan ÇEVİK

Öz


XX əsrin əvvəllərində yaşayıb-yaradan dahi Azərbaycan şəxsiyyətlərindən şair Əhməd Cavad və Mikayıl Müşfiq ilə qırğız ədəbiyyatının böyük şair-yazarı, bədii nəsrin və müasir qırğız dilinin banisi Qasım Tınıstanovun həyat və yaradıcılıqları bir-birinə bənzəməkdədir. Eyni dövrdə yazıb-yaradan şairlərin yaradıcılığında azadlıq, istiqlal, milliyyətçilik ideyalarının tərənnümü ilə yanaşı, vətən, torpaq, onun ecazkar təbiəti də ustalıqla təsvir edilmişdir. Bu xarakterik xüsusiyyətlərinə görə Qasım Tınıstanov poeziyasının gözəl nümunələrindən biri olan “Ысык-Көлгө” (Isık gölə) şeiri ilə Əhməd Cavad və Mikayıl Müşfiqin eyniadlı “Göy göl” şeirləri uyğunluq təşkil edir. Dağların ətəyində, meşələrin əhatəsində yerləşən, Tanrıdan aldığı gözəlliyi ilə sanki təbiətin özünə belə naz edən “Göy göl” və “Ысык-Көлгө” (Isık gölə) misralarında şairlərin yanğısı, doğma diyara, ana təbiətə böyük sevgisi, vətənpərvərlik duyğusu hiss olunmaqdadır. Azərbaycan təbiətinin bənzərsiz abidəsi Göy göl və qırğız elinin gözəllik abidəsi Isık göl ömür boyu azadlıq, istiqlal düşüncələri ilə yanıb-tutuşan şairlərin xəyallarını bəzəmiş və acı sonluğun gələcəyini bilərək sətiraltı mənalarla duyğularını dilə gətirməkdən çəkinməmişlər. Hər üç şeir milliyyətçilik, azadlıq və qəhrəmanlıq motifləri daşıdığından dolayı Sovet rejimi tərəfindən sərt bir şəkildə tənqid olunmuş, beləliklə Qasım Tınıstanov, Əhməd Cavad, Mikayıl Müşfiq kimi böyük şəxsiyyətlər 1937-ci ildə repressiyaya məruz qalaraq güllələnmişlər.


Anahtar Kelimeler


Isık göl, Göy göl, milliyyətçilik, azadlıq, vətən sevgisi

Tam Metin:

PDF

Referanslar


Abdıkerimova, A. (2012, Eylül), “Kasım Tınıstanov’un Dramaturgiyadaki Tecrübesi”, çev: Ömer Küçükmehmetoğlu, Bizim Külliye, 53 : 20-22.

Aşnin, F.D. - vd., (2016), Mahvedilmiş Türkoloji, İstanbul: Türk Tarih Kurumu Yayınları.

Buran, A. (2007), Kurşunlanan Türkoloji, Elazığ: Manas Yayınları.

Cavad, Ə. (2005), Seçilmiş Əsərləri, Bakı: Şərq-Qərb.

Əhmədova, L. (2018), Azərbaycan Poeziyasının Mikayıl Müşfiq Zirvəsi, Bakı: Azərbaycan Milli Kitabxanası.

Ekici, F. (2014, Nisan), “Kaçkınbay Artıkbayev - XX. Yüzyıl Kırgız Edebiyatı Tarihi”, çev: Mayramgül Dıykanbayeva, Uluslararası Türkçe Edebiyat Kültür Eğitim Dergisi, 3/1: 416-422.

Maksutova, S. (2012), “Kasım Tınıstanov, çev: Güldana Murzakulova”, Bizim Külliye, 53: 16-19.

Müşfiq, M. (2004), Seçilmiş Əsərləri, Bakı: Şərq-Qərb.

Nəbiyev, B. (2004), Əhməd Cavad, Bakı: Ozan.

Nəbiyev, B. (2012), Əhməd Cavad, Bakı: Proqres.

Bеktеnоv, Z. - Еrkеbаеv, А. (1991), Tınıstаn uluu Kаsım: Аdаbiy çığаrmаlаr (litеrаturnıе prоizvеdеniya), Bişkеk: Аdаbiyat.

Guldеstе, K. (2001), Kаsım Irlаrının Cıynağı (Sbоrnik stixоv Kаsıma), Bişkеk: Qırğızıstan Milli Dövlət Univеrsitеti.

Dcаnıbеkоv, Ç. (2003), Kаsım Tınıstаnоv: ciznь i tvоrçеstvо, Bişkеk: Biyiktik.

Canıbеkоv, Ç. (2006), Kasım Tınıstan Uulu - madaniy kuruluş cоlbaşçısı. Bişkеk: Biyiktik.

Stanaliеv, S. (2001), Kаsım Tınıstаnоv Çağılğandın Köz Caşı Rоman, Bişkеk: Mamlеkеttik til cana еnçiklоpеdiya bоrbоru.

Tınıstаnоv, K. (2004), Kapastan Çıkkan Irlаr, Bişkеk: Uçkun.


Refback'ler

  • Şu halde refbacks yoktur.


Creative Commons Lisansı
Bu eser Creative Commons Atıf-GayriTicari-Türetilemez 4.0 Uluslararası Lisansı ile lisanslanmıştır.